“TT Technologies” MMC Azərbaycanda innovativ texnologiyalar sahəsində müxtəlif həllər təklif edən şirkətlərdən biridir. Şirkətimiz bir sıra beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edərək tələb olunan innovativ texnologiyaları ölkəmizə gətirir. Track and Trace ölkədə hökumət və biznes təşkilatları üçün onlayn portaldır, istehsalçılardan son istehlakçıya qədər təchizat zəncirini izləməyə imkan verir. “TT Technologies” MMC layihəni həyata keçirmək üçün bu sistemi digər dövlət sistemləri ilə inteqrasiya etməklə onu Azərbaycan dövlətinin qanunvericiliyinin tələblərinə uyğunlaşdırıb.